Xəzər Xəbər

Azərbaycan və Gürcüstan regionun inkişafı üçün birgə layihələr həyata keçirəcək

Gündəm | 16:52 • 16 Mart 2024
Azərbaycan və Gürcüstan regionun inkişafı üçün birgə layihələr həyata keçirəcək

Azərbaycan və Gürcüstanın hökumət başçılarının görüşündə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Xezerxeber.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili bildirib.

` Baş nazir İrakli Kobaxidzenin Bakıda azərbaycanlı həmkarı Əli Əsədovla görüşünü şərh edən Darçiaşvili deyib ki, söhbət zamanı ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin və möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Onun sözlərinə görə, dünyada çox strateji rola malik olan regionumuzun daha da inkişaf edə bilməsi üçün bir çox regional, o cümlədən, Şərqlə Qərbi bir-biri ilə təbii və effektiv şəkildə əlaqələndirmək üçün birgə layihələr həyata keçirmək vacib əhəmiyyət daşıyır.

Xəbər lenti

Çox oxunanlar