Xəzər Xəbər

İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub

Gündəm | 15:26 • 16 Mart 2024
İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub

Bizim ölkələri tarixi dostluq bağları birləşdirir. Bu münasibətlər çox möhkəm təməl üzərində qurulub.

Xezerxeber.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Münasibətlərimizin bundan sonra da eyni ruhda davam edəcəyinə əminliyini bildirən Baş nazir İrakli Kobaxidze vurğulayıb: “Hazırda bizim siyasi, iqtisadi və digər səviyyələrdə çox gözəl dialoqumuz var, müsbət dinamika mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir”.

Xəbər lenti

Çox oxunanlar