Xəzər Xəbər

Nazir müavini: Azərbaycan qonşu ölkə tərəfindən çoxsaylı kiberhücumların hədəfinə çevrilib

Gündəm | 15:47 • 16 Mart 2024
Nazir müavini: Azərbaycan qonşu ölkə tərəfindən çoxsaylı kiberhücumların hədəfinə çevrilib

Bu gün biz elə bir dövrdə yaşayırıq ki, köhnə terminologiya öz mənasını itirir, yeni terminologiyalar yaranır. Regionda baş verən münaqişələr kiberhücumlarla müşahidə olunur. Azərbaycan qonşu ölkə tərəfindən çoxsaylı kiberhücumların hədəfinə çevrilib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov XI Qlobal Bakı Forumunun üçüncü günündə keçirilən “Süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri” mövzusunda panel iclasında deyib.

O bildirib ki, kiberhücumlar artmaqdadır. Dünyada hər 29-30 saniyədə kiberhücumlar baş verir. Kibertəhlükəsizlik sahəsində ekspertlərə ehtiyac duyulur. Azərbaycana qarşı 30 min kiberhücum qeydə alınıb ki, bu da bizim özəl və hökumət təsisatlarında problemlər yaradıb.

Xəbər lenti