Xəzər Xəbər

BMT-nin sabiq xüsusi elçisi: Hazırda 100 milyon miqrant və köçkün var

Gündəm | 14:34 • 16 Mart 2024
BMT-nin sabiq xüsusi elçisi: Hazırda 100 milyon miqrant və köçkün var

Bizi narahat edən əsas məsələlərdən biri miqrasiyadır. Cənubda əhali Şimalla müqayisədə daha acizdir. Burada dərin miqrasiyaya səbəb olan amillər var. Həmin amillərin ən başlıcası silahlı münaqişələr, müharibələrdir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının Somali üzrə sabiq xüsusi elçisi, Mavritaniyanın keçmiş xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmedou Ould-Abdallah XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal çağırışlara qarşı davamlılığı artırmaq: Qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış” mövzusunda panel iclasında deyib.

“Kənar müdaxilələr problemi daha da alovlandırır ki, bu da miqrasiyaya səbəb olur. İnsanlar daha yaxşı məkanlara köçmək məcburiyyətində qalırlar. Hazırda 100 milyon miqrant və köçkün var. Bu da yerli hökumətlər tərəfindən idarə olunmalıdır ki, onların təhlükəsizliyi təmin edilsin. Onlar köçkün olaraq daha ağır həyata məruz qalırlar. Miqrantlar işsiz qaldıqlarına görə mütəşəkkil cinayətkarların hədəfi olurlar”, - deyə o vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar