Xəzər Xəbər

Bakı Forumunda qlobal çağırışlara qarşı davamlılığı artırmaq, miqrasiya məsələləri müzakirə edilir

Gündəm | 12:10 • 16 Mart 2024
Bakı Forumunda qlobal çağırışlara qarşı davamlılığı artırmaq, miqrasiya məsələləri müzakirə edilir

XI Qlobal Bakı Forumu çərçivəsində martın 16-da “Qlobal çağırışlara qarşı davamlılığı artırmaq: Qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə baxış” mövzusunda panel iclas təşkil edilib.

Xezerxeber.az xəbər verir ki, İrqçiliyə qarşı Avropa Şəhərlər Koalisiyasının prezidenti Benedetto Zakkirolinin moderatorluğu ilə keçirilən iclasda mövzu ətrafında fikir mübadiləsi aparılır.

Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

Xəbər lenti

Çox oxunanlar