Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) nazir İliya Darçiaşvilinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla ikitərəfli görüşünə dair bəyanat yayıb.
Xezerxeber.az xəbər verir ki, bəyanatda nazirlərin ölkələr arasında əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə etdiyi qeyd olunub. Bildirilib ki, İliya Darçiaşvili Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli formatda növbəti görüşünün əla təşkil edilməsinə və isti qarşılanmaya görə Ceyhun Bayramova təşəkkür edib. Görüş zamanı üçtərəfli formatın regional inkişafda əhəmiyyəti və rolu vurğulanıb.