Xəzər Xəbər

Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir Hakan Fidan

Gündəm | 17:09 • 15 Mart 2024
Azərbaycan Cənubi Qafqazın ən güclü ölkəsidir

Azərbaycan artıq bölgənin ən güclü ölkəsidir.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Azərbaycan Cənubi Qafqazda çox önəmli rol oynayır. Türkiyə Azərbaycanla bir çox sahədə əməkdaşlıq edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində də vacib rol oynayır”, - deyə o bildirib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir. Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də, keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Xəbər lenti

Çox oxunanlar