Xəzər Xəbər

Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək

Gündəm | 12:47 • 15 Mart 2024
Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının növbəti görüşü Türkiyədə keçiriləcək

Biz razılaşdıq ki, Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçıları arasında növbəti üçtərəfli görüş Türkiyədə keçirilsin.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.

İ. Darçiaşvili vurğulayıb: “Biz müzakirələrdə birgə regional nəqliyyat layihələrinin perspektivlərinə də toxunduq. Enerji ehtiyatlarının Asiyadan Avropaya nəqlində bu üç ölkənin rolu xüsusilə əhəmiyyətlidir. Müzakirələr zamanı, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaxın vaxtlarda tam gücü ilə fəaliyyətə başlamasının zəruriliyini vurğuladıq”.

Xəbər lenti

Çox oxunanlar