Xəzər Xəbər

İlya Darçiaşvili: Gürcüstan Cənubi Qafqazda sülhü və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir

Gündəm | 12:16 • 15 Mart 2024
İlya Darçiaşvili: Gürcüstan Cənubi Qafqazda sülhü və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir

Bu üçtərəfli platforma bizə çevik olmaq və konkret nəticələr əldə etmək üçün bir imkandır. Bugünkü görüşdə əməkdaşlığımızın dərinləşməsi prinsiplərini müzakirə etdik. Biz müxtəlif istiqamətlərdə əməkdaşlığımızı bundan sonra da fəallaşdırmağa hazırıq.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.

İ. Darçiaşvili bildirib ki, Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşlarıdır.

“Gürcüstan Cənubi Qafqazda sülhü və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir. Əminəm ki, Azərbaycanla Ermənistan sülh sazişini imzalayacaq və bu, regionda dönüş nöqtəsi olacaq”, - deyə gürcü nazir qeyd edib.

Xəbər lenti

Çox oxunanlar