Xəzər Xəbər

Türkiyəli diplomat Fransanın açıq şəkildə Ermənistana silah göndərdiyini DEYİB

Gündəm | 14:23 • 14 Mart 2024
Türkiyəli diplomat Fransanın açıq şəkildə Ermənistana silah göndərdiyini

Azərbaycanın ərazisi qonşu ölkə tərəfindən işğal edilmişdi. ATƏT-in Minsk qrupu yaradılmışdı və bu qurum münaqişəni həll etmədi.

Xezerxeber.az xəbər verir ki, bunu XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Parçalanmış Dünyanın Bərpası" mövzusunda paneldə BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır deyib.

O bildirib ki, Azərbaycan məsələni hərbi yolla həll edib, işğal olunmuş torpaqlarını azad edib.

“Əgər biz problemləri müvafiq şəkildə institutlar çərçivəsində həll etməsək, ölkələr özləri addım atmalı olurlar”, - türkiyəli diplomat əlavə edib.

Volkan Bozkır çıxışında Fransanın Qarabağ münaqişədəki roluna da toxunub: “Fransa Minsk qrupunun üzvü olub, amma bu gün Ermənistana silah göndərir, açıq şəkildə bu ölkəni dəstəkləyir. Fransadakı seçkilərə və erməni seçicilər görə belə addımlar atmaq doğru deyil”.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024