Xəzər Xəbər

Zəngəzur dəhlizi də açılmalıdır Binəli Yıldırım

Gündəm | 12:24 • 14 Mart 2024
Zəngəzur dəhlizi də açılmalıdır

“Hazırda Qəzza məsələsinə görə, Qırmızı dənizdə yaşanan problemlərlə əlaqədar qlobal ticarət zərər çəkir. Orta Dəhliz bu baxımdan qlobal əhəmiyyət daşıyır”.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib.

“Bu dəhliz Türk Dövlətləri Təşkilatı, Türk dövlətləri üçün önəmlidir. 21-ci əsr türklərin əsri olsun. Zəngəzur dəhlizi də açılmalıdır. Ermənistan Qarabağ məsələsinin həllindən sonra bur fürsətə sahibdir. Azərbaycanla, Türkiyə ilə sərhədlərin açılması, Zəngəzur dəhlizinin açılması lazımdır. Ermənistanın Konstitusiyası dəyişməlidir. Ermənistanın emblemlərində torpaqlarımız, Ağrı dağı var. Bunu aradan qaldırmaq lazımdır”.

Xəbər lenti

Çox oxunanlar