Xəzər Xəbər

Sanosyan Tavuş bölgəsindəki anklavların Ermənistanın inzibati ərazisinə daxil olmadığını DEYİR

Gündəm | 16:43 • 13 Mart 2024
Sanosyan Tavuş bölgəsindəki anklavların Ermənistanın inzibati ərazisinə daxil olmadığını

Qazaxla həmsərhəd Tavuş bölgəsindəki anklavlar Ermənistanın inzibati ərazisinə daxil deyil.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan jurnalistlərə bildirib. “Delimitasiya üçün hüquqi əsası olan və hər iki tərəf üçün məqbul olan kartları seçməlisiniz”, - erməni nazir əlavə edib.

O qeyd edib ki, Ermənistandan Gürcüstana gedən əsas yolun Azərbaycanla sərhədi keçən və ya ona yaxın ərazidə yerləşən hissələri və infrastrukturu var. "Həmin ərazilər xəritədə dəqiqləşdirilməlidir, bundan sonra infrastrukturun yenidən qurulması işlərinə başlanılacaq", - deyə o açıqlayıb.

Xəbər lenti