Xəzər Xəbər

Qazaxıstan Prezidenti Azərbaycana gəlir

Gündəm | 09:58 • 10 Mart 2024
Qazaxıstan Prezidenti Azərbaycana gəlir

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Martın 11-12-də Prezident Kasım - Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda deyilir.

Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.

Xəbər lenti

Çox oxunanlar