Xəzər Xəbər

Müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi göstərirlər Jan Mişel Brün

Gündəm | 12:53 • 9 Mart 2024
Müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi göstərirlər

Müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi göstərirlər.

Xezerxeber.az xəbər verir ki, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brün "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

“Azərbaycanın İkinci Qarabağ Müharibəsini müsəlman-xristian müharibəsi kimi qələmə verdilər. Bu, çox böyük bir səhvdir. Azərbaycan dünyəvi dövlətdir. Dinlər arasında fərq qoymur”, - deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Xəbər lenti

Çox oxunanlar