Xəzər Xəbər

Xankəndidə silah-sursat aşkarlandı

Gündəm | 10:30 • 9 Mart 2024
Xankəndidə silah-sursat

Ötən gün Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 4 ədəd patron darağı, 1 alışdırıcı, 241 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti

Çox oxunanlar