Xəzər Xəbər

Mirzoyan sülh danışıqları barədə: Azərbaycanla iki mühüm məsələdə yanaşmalarımız fərqlidir

Gündəm | 14:56 • 7 Mart 2024
Mirzoyan sülh danışıqları barədə: Azərbaycanla iki mühüm məsələdə yanaşmalarımız fərqlidir

Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqları davam etdiririk.

Xezerxeber.az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

Tərəflər arasında müəyyən problemlərin olduğunu və bəziləri ilə bağlı Azərbaycanla razılığa gəldiklərini qeyd edən Mirzoyan iki mühüm məsələdə tərəflərin yanaşmalarının fərqli olduğunu bildirib.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla növbəti görüşün vaxtı barədə danışan Ermənistan XiN rəhbəri yeni görüşün tarixinin müəyyənləşmədiyini deyib. Mirzoyan Ceyhun Bayramovla daim əlaqə saxladıqlarını və yeni görüşün tarixinin tezliklə müəyyən ediləcəyinə ümidvar olduqlarını dilə gətirib.

Xatırladaq ki, cari ilin 28 fevral tarixində Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində baş tutub.

Xəbər lenti