Xəzər Xəbər

Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq müzakirə edilib FOTO

Gündəm | 22:48 • 6 Mart 2024
Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq müzakirə edilib

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də birgə layihələr və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Çox oxunanlar