Xəzər Xəbər

Xankəndidə avtomat və qumbara AŞKARLANDI

Gündəm | 09:45 • 6 Mart 2024
Xankəndidə avtomat və qumbara

Polis əməkdaşları ötən gün Xankəndi şəhərində avtomat və qumbara aşkarlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə martın 5-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd tüfəng, 1 qumbara, 23 ədəd alışdırıcı, 11 patron darağı, 570 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti