Xəzər Xəbər

Xankəndidə narkotik və silah-sursat TAPILDI

Gündəm | 11:20 • 4 Mart 2024
Xankəndidə narkotik və silah-sursat

Polis əməkdaşları Xankəndidə narkotik və silah-sursat aşkarlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Xəbər lenti