“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Qanuna təklif edilən dəyişikliklə bələdiyyələrin sayı kifayət qədər azalacaq.
Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, bələdiyyələrin sayının azaldılması onların problemlərinin həll olunması baxımından mühüm rol oynayacaq. “Bələdiyyələrimiz var ki, birinin suyu var, torpağı yoxdur, digərinin örüş yeri var, torpaq sahəsi yoxdur. Onlar hamısı birləşdikdə vahid bir model yaranacaq. Bunun nəticəsində həm bələdiyyələrin maliyyəsinin artması, torpaq sahələrinin genişləndirilməsi, eyni zamanda, örüş sahələrinin yaradılması kimi digər məsələlər də öz həllini tapacaq”, - deyə komitə sədri bildirib.