Xəzər Xəbər

Ukraynada həlak olan azərbaycanlı hərbçinin ordeni Bakıda ailəsinə təqdim olunub

Gündəm | 17:09 • 29 Fevral 2024
Ukraynada həlak olan azərbaycanlı hərbçinin ordeni Bakıda ailəsinə təqdim olunub

Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olan Azərbaycan əsilli hərbçinin təltif olunduğu orden Bakıda onun ailəsinə təqdim olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook" hesabında paylaşım edib. 

"Ukrayna öz Qəhrəmanlarını xatırlayır və onları yad edir!

Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və fədakar hərəkətlərə görə Səid Vasif oğlu Hüseynov (ölümündən sonra) “Şərəf nişanı” - “Obolon legionu” ordeni ilə təltif edilib.

Qəhrəmanımızın ordeni Ukraynadan Azərbaycana gətirilərək Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində Səid Hüseynovun yaxınlarına təhvil verilib.

Qəhrəmanlar ölməz! Qəhrəmanların xatirəsi əbədidir!", - ukraynalı diplomatın paylaşımında qeyd olunub.

Xəbər lenti