Xəzər Xəbər

Emin Əmrullayevdən məktəbli qızların davasına MÜNASİBƏT

Gündəm | 15:48 • 29 Fevral 2024
Emin Əmrullayevdən məktəbli qızların davasına

Şüvələnda iki qız arasında baş verən hadisə ilə bağlı cinayət işi aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.

“Burada müəllimləri, məktəbləri qınamaqda heç bir fayda və nümunəvi davranış görmürəm. Gözləntimiz odur ki, müəllimlərə qarşı hörmətsizlik edilməsin. Müəllimlərə qarşı hörmətsizlik yolverilməzdir.

Yeniyetmələr arasında cinayət halları yalnız bizim ölkədə olmur, başqa ölkələrdə də olur. Bu və ya digər problemin həllində mütləq qaydalara əməl etmək vacibdir”, - deyə nazir bildirib.

Xəbər lenti

Çox oxunanlar