Bakı Təşəbbüs Qrupu İstanbulda keçirtdiyi “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfransın ardınca vətəndaş cəmiyyəti təşkilatları adından beynəlxalq kampaniya başladıb.
Xezerxeber.az xəbər verir ki, Petisiyada Fransa Prezidenti Emmanuel Makrona müraciət edilərək, Fransanın Afrikadan oğurladığı 90 mindən artıq maddi-mədəni əsərlərin mənşə ölkələrinə qaytarılması tələb olunur.
Afrika ölkələrindən müstəmləkə dövründə oğurlanmış, talan edilmiş 90 mindən çox mədəni sərvət hazırda Fransa muzeylərində nümayiş olunur. Sahara regionu ölkələrindən oğurlanmış tarix və mədəniyyət əşyalarının aqibəti isə bəlli deyil.
Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə Afrikalı gənclərlə görüş zamanı bildirib ki, Afrikanın mədəni sərvətləri Afrikada sərgilənməlidir və 5 il müddətində hər bir mədəni, tarixi əşyanın geri qaytarılacağına söz vermişdi.
Həmin vaxtdan 7 il keçməsinə baxmayaraq, Makron vədinə əməl etməyib.
Parisin Quai Branly Muzeyində sərgilənən 70 min artifaktın üçdə ikisinin 1885-1960-cı illərdə Afrikadan oğurlanmış mədəni mülkiyyət nümunələri olması barədə araşdırmalar mövcuddur.
Fransa keçmiş müstəmləkələrindən oğurladığı sərvətləri geri qaytarmamaq üçün qanunvericiliyini sərtləşdirib. Bu səbəbdən restitusiyanın həyata keçirilməsinin qarşısı süni şəkildə, bürokratik yollarla alınır.
İlkin olaraq, hətta Avropanın digər keçmiş müstəmləkə ölkələrində də tətbiq edilən kredit sistemi ilə müqavilə əsasında mədəni sərvətlər müvəqqəti olaraq bir neçə illik mənbə ölkələrində yerləşən muzeylərdə sərgilənə bilər.
Bakı Təşəbbüs Qrupu tələb edir ki, Fransa hökuməti qanunvericiliyinə dəyişiklik etməli, oğurladığı artefaktları mənbə ölkələrinə geri qaytarmalı və qanunsuz mülkiyyətçi kimi tarixi əsərlərin qanuni mülkiyyətçisi olan ölkələrə təzminat ödəməlidir.
https://www.change.org/p/civil-society-demands-france-restitute-african-cultural-properties?recruiter=1157532320&recruited_by_id=17c39000-10a6-11eb-8dd9-bd35daba6603&utm_source=share_petition&utm_campaign=share_petition&utm_medium=copylink&utm_content=cl_sharecopy_37904228_tr-TR%3A3 https://secure.avaaz.org/community_petitions/en/france_government_civil_society_demands_france_restitute_african_cultural_properties_3/