Xəzər Xəbər

Fransa səfirliyi: Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik

Gündəm | 13:00 • 26 Fevral 2024
Fransa səfirliyi: Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik

Fransanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 32-ci il dönümü ilə bağlı paylaşım edib.

Xezerxeber.az xəbər verir ki, səfirliyin "X" hesabında paylaşım edilib. 

"Bu gün Xocalı faciəsini yad edən bütün Azərbaycan xalqının qəminə şərikik. Belə vəhşiliklərin bir daha təkrarlanmaması üçün regionda sülhün bərqərar olması üçün çalışmaq lazımdır", - paylaşımda qeyd olunub.

Xəbər lenti

Çox oxunanlar