Xəzər Xəbər

Ukrayna səfiri Xocalı faciəsi ilə bağlı paylaşım edib

Gündəm | 11:34 • 26 Fevral 2024
Ukrayna səfiri Xocalı faciəsi ilə bağlı paylaşım edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı başsağlığı verib.

Xezerxeber.az xəbər verir ki, ukraynalı diplomat bu barədə "Facebook" hesabında paylaşım edib. 

"Bu gün də qəlbimizi təsvirolunmaz ağrı və kədər doldurur. Xocalı faciəsi bəşəriyyət tarixinə ən faciəli səhifələrdən biri kimi həkk olunub. Kimsə XXI əsrdə Avropanın mərkəzində hadisələrin təkrarlana biləcəyini təsəvvür edə bilərdimi? Rusiya Federasiyasının bu gün Ukraynaya qarşı etdikləri bir daha sübut edir ki, cəzasızlıq yeni cinayətlər törədir!", - diplomat qeyd edib.

Xəbər lenti