Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın zamanda görüşəcəklər.
Xezerxeber.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.
Xatırladaq ki, rəsmi İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi almasını təsdiqləyib.