İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi alıb.
Xezerxeber.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Qriqoryan qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.
Həmçinin əlavə edilib ki, cari ilin 4 yanvar tarixində Ermənistan sülh müqaviləsi layihəsinə dair təkliflərini Azərbaycana təqdim edib və ötən ayın sonunda Azərbaycanın XİN rəhbəri buna yaxın həftələrdə cavab veriləcəyini vəd edib.