Xəzər Xəbər

Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə “Indra” şirkətinin prezidentinin görüşü olub YENİLƏNİB

Gündəm | 12:59 • 17 Fevral 2024
Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə “Indra” şirkətinin prezidentinin görüşü olub

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.

Xezerxeber.az xəbər verir ki, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı.

Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparıldı və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olundu.

Xəbər lenti

Çox oxunanlar