Xəzər Xəbər

Qaluzin Qərbin Rusiyanı Ermənistan-Azərbaycan normallaşma prosesindən çıxarmaq istədiyini DEYİB

Gündəm | 12:35 • 15 Fevral 2024
Qaluzin Qərbin Rusiyanı Ermənistan-Azərbaycan normallaşma prosesindən çıxarmaq istədiyini

Qərbin Cənubi Qafqazdakı maraqları Ermənistana Azərbaycanla münasibətləri normallaşdırmağa kömək etmək deyil.

Xezerxeber.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Qaluzin diqqətə çatdırıb ki, Qərbin Cənubi Qafqazda maraqları Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması, regionda davamlı sülh və stabilliyə nail olmağa kömək etmək deyil, Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq, onun sərhədləri yaxınlığında növbəti gərginlik mənbəyi yaratmaqdan ibarətdir.

“Buna baxmayaraq, biz hələ də ümid edirik ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı şübhələrini nə qədər tez aradan qaldırsa, təşkilatın gündəliyində dayanan məsələlərin siyasi müstəvidə, ekspertlər səviyyəsində konstruktiv, məhsuldar və mənalı müzakirələrinə qayıtsa, bir o qədər yaxşıdır”, - diplomat vurğulayıb.

Xəbər lenti