Xəzər Xəbər

Bizə sabit neft hasilatı lazımdır və investorlar qarşısında bu vəzifəni qoymuşuq Azərbaycan Prezidenti

Gündəm | 18:12 • 14 Fevral 2024
Bizə sabit neft hasilatı lazımdır və investorlar qarşısında bu vəzifəni qoymuşuq

Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.

“Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir.

Xəbər lenti

Çox oxunanlar