Xəzər Xəbər

Ağdam şəhəri növbədənkənar prezident seçkilərinə HAZIRDIR

Gündəm | 15:10 • 4 Fevral 2024
Ağdam şəhəri növbədənkənar prezident seçkilərinə

Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezidenti seçkiləri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı seçki dairəsinin üç məntəqəsində keçiriləcək. 57 saylı məntəqə Ağdam Konfrans Mərkəzində, 58 saylı məntəqə “AzərEnerji” ASC-nin binasında, 59 saylı məntəqə isə Kəngərli kəndində təşkil edilib.

Məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova bildirib ki, məntəqədə səsverməyə hazırlıq prosesi tam başa çatıb. 57 saylı məntəqə üzrə 1414 seçici qeydiyyata alınıb. Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz səslərini sərbəst şəkildə vermələri üçün kabinələr qoyulub. Seçki məntəqəsində katib və üzvlər, habelə müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Hər bir seçiciyə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlər paylanıb.

 

Biz çox qürurluyuq ki, torpaqlarımız işğaldan azad edilib və bu ərazilərdə 30 ildən sonra ilk dəfə seçkilər keçiriləcək. Bu, Azərbaycan üçün, xalqımız üçün tarixi hadisədir və biz də bu mühüm hadisənin iştirakçıları və şahidləriyik”, – deyə məntəqə seçki komissiyasını sədri bildirib.

Ağdam şəhərində təşkil edilmiş seçki məntəqələrində səs verəcək seçicilər də səsverməyə böyük ruh yüksəkliyi ilə gedəcəklərini bildirirlər. Ağdam Muğam Mərkəzinin tikintisində çalışan mühəndis Rəşad Qasımov deyib: “Çox fəxr edirəm ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında mühəndis kimi mənim də əməyim var. Həm də ona görə sevinirəm ki, bir neçə gündən sonra keçiriləcək prezident seçkilərində Ağdam şəhərində təşkil edilən seçki məntəqəsində səs verəcəyik. Tikintidə çalışan hər bir kəs səsvermədə böyük həvəslə iştirak edəcək. Allah dövlətimizi hər zaman qüdrətli eləsin”.

Xəbər lenti

Çox oxunanlar