Zakir Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Zakir Fərəcov Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısıdır. Fevralın 3-ü Zakir Fərəcovun 70 yaşı tamam olur.