Xəzər Xəbər

Avropadan kütləvi pullar buraxılır ki, Azərbaycanda insanların əxlaqını pozsunlar AQİL ABBAS

Gündəm | 13:31 • 1 Fevral 2024
Avropadan kütləvi pullar buraxılır ki, Azərbaycanda insanların əxlaqını pozsunlar

“Məişət zorakılığının qarşısının alınması haqqında” 50 qanun da qəbul eləsəniz, zorakılığın qarşısını ala bilməyəcəksiniz.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, Avropadan, xaricdən fondlar kütləvi pullar buraxılır ki, Azərbaycanda insanların əxlaqını pozsunlar:

“Azərbaycan televiziyalarında məişət zorakılığı, əxlaqsızlıq təbliğ olunur. Bunun qarşısını heç kim ala bilmir, parlament də ala bilmir. Televiziyalarda elə bil it boğuşdururlar, əri arvadla dalaşdırırlar, ərini qoyub onun qardaşıyla qaçır. Bunlar istisna hallardır. Amma bu, təbliğatdır. Baxanlar deyir ki, mən niyə etməyim?! Bunun qarşısı alınmalıdır”.

Xəbər lenti