Azərbaycan və Ermənistan sərhəd komissiyalarının növbəti iclası başlayıb.
Xezerxeber.az xəbər verir ki, görüş İcevanla Qazax sərhədində keçirilir.
Görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir.
Məlumata görə, görüşdə işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirəsi gözlənilir.
Xatırladaq ki, tərəflərin sonuncu görüşü keçən il noyabrın 30-da baş tutub.