Mikayıl Cabbarov Ələt azad iqtisadi zonası üzrə İşçi qrupuna rəhbər təyin edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, İşçi qrupuna rəhbərliyi Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirəcək.