Azərbaycan Respublikasının Baş Prokurorluğu vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.
Baş Prokurorluqdan verilən xəbərə görə, müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 22-i saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə buradan məlumat əldə etmək mümkündür.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür.