Xəzər Xəbər

Beynəlxalq axtarışa verilən 108 nəfərin yeri müəyyən olunub

Gündəm | 15:47 • 23 Yanvar 2024
Beynəlxalq axtarışa verilən 108 nəfərin yeri müəyyən olunub

Azərbaycan beynəlxalq axtarışda olan 108 şəxsin yeri müəyyən olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirtilən kollegiya iclasında bildirilib. 

Qeyd olunub ki, təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib.

Məlumata görə, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən olunub.

Xəbər lenti

Çox oxunanlar