Xəzər Xəbər

Hərbi qulluqçuların maaşları yeni redaksiyada təsdiqlənib

Gündəm | 19:20 • 22 Yanvar 2024
Hərbi qulluqçuların maaşları yeni redaksiyada təsdiqlənib

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.

Xezerxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib. 

Maliyyə Nazirliyinə tapşırılıb ki, qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

Xəbər lenti

Çox oxunanlar