“Bəzi seçki dairələri üzrə yeni seçki məntəqələrinin yaradılması ilə bağlı MSK qərar verib”.
Xezerxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, bununla əlaqədar azad edilmiş ərazilərdə məşkunlaşan və uzun müddət tikinti quruculuq işləri ilə məşğul olan insanalrın səsvermə hüququnun təmin edilməsi ilə bağlı yeni seçki məntəqələri yaradılacaq. Yeni məntəqələrin sırasında Xankəndidə yaradılan seçki məntəqəsi də var.
MSK sədri Məzahir Pənahov əlavə edib ki, Tərtərdə, Suqovuşada yeni məntəqələrin yaradılması gözləilirdi: “Amma antiterror əməliyyatları nəticəsində Xnakəndidə, Xocalıda, Əsgəranda yeni seçki məntəqələri yaradılavaq. Bunu sözlə izah etmək mümkün deyil. Əsgəran məsələsi bunların hamısından birincidir. Qarabağla bağlı məsələlərin həddindən artıq qlobal əhəmiyyət kəsb edir.