Böyük Quruluş Partiyasının və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
Fazil Mustafa apa-ya açıqlamasında bildirib ki, bu barədə qərar bu gün Böyük Quruluş Partiyasının Ali Məclisində qəbul edilib.
O, sənədlərin qarşıdakı günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.