İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycan ordusu qardaş Türkiyədən “Memat” mina təmizləmə texnikaları da alıb.
Bunu işğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur zamanı açıqlamasında Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov" olmalıdır deyib.
“Xidmətli itlərdən də istifadə olunur. Avadanlıqlarımız müasirləşdirilib. Ərazilərin münalardan və partlamamış hərbi dursatlardan təmizlənməsində dünyanın ən aparıcı avadanlıqlarından istifadə edilir” – deyə idarə rəisi bildirib.
Qeyd edək ki, işğaldan azad edilən Ağdərə ərazisində minatəmizləmə əməliyyatlarının aparıldığı sahələrə mediatur təşkil olunub. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minalardan və partlamamış döyüş sursatlarından təmizlənmə işləri ilə tanış olmaqdır. (trend)