Xəzər Xəbər

Kommunikasiyaların açılması sənədləri hazırlıq vəziyyətindədir OVERÇUK

Gündəm | 14:38 • 15 Dekabr 2023
Kommunikasiyaların açılması sənədləri hazırlıq vəziyyətindədir

İrəvanla Bakı arasında dəmir yolunun açılmasını nəzərdə tutan sənədlər yüksək hazırlıq səviyyəsindədir.

Xezerxeber.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Overçuk qeyd edib ki, kommunikasiyaların açılması üzrə işlər davam edir və bu məqsədlə üçtərəfli işçi qrupu yaradılıb:

“Emissiyanın maliyyə komponenti hesablanır, hələlik konkret rəqəmlər yoxdur. Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırsa, o zaman biz də təbii ki, iştirak etməyə hazırıq”.

Rusiya rəsmisi vurğulayıb ki, tərəflər (red. - Azərbaycan və Ermənistan) artıq birbaşa, vasitəçilərin iştirakı olmadan işlər görməyə başlayıblar.

Xəbər lenti

Çox oxunanlar