Xəzər Xəbər

Fransanın neokolonializm siyasəti ilə bağlı Yekun Bəyannamə

Gündəm | 18:44 • 14 Dekabr 2023
Fransanın neokolonializm siyasəti ilə bağlı

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində dekabrın 14-də “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub.

Xezerxeber.az-ın xəbərinə görə, sənəddə qeyd olunub ki, 1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV) saylı qətnamə qəbul edib.

Bu qətnamədən əvvəl 1952-ci il 16 dekabrında “Xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında” 637 (VII) saylı qətnamə qəbul edilmişdir.

14 dekabr 1960-cı il tarixli qətnamədən 63 il sonra Fransa imperiyasının mənimsədiyi son müstəmləkə ölkələrinin (Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayot) əhalisi, keçmiş müstəmləkələrdən Seneqal və Əlcəzairin nümayəndələri və təxminən on beş başqa ölkədən iştirakçılar aidiyyəti ölkələrdə müstəmləkə sisteminin hələ də davam etdiyini bir daha təsdiqləmək, eləcə də azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən və əsas hüquqları pozan Fransa dövlətinin siyasətini pisləmək üçün bir araya gəliblər.

Avropanı birbaşa müstəmləkəçiliyə son qoymağa məcbur etmiş Afrika və Asiyadan milyonlarla insanın mübarizələri, eləcə də fundamental insan hüquqlarını kobud və davamlı şəkildə pozmaqla keçmiş müstəmləkə imperiyaları və onların tərəfdaşları olan az saylı güclü dövlətlər planetin böyük bir hissəsi üzərində iqtisadi, maliyyə, siyasi, hərbi və mədəni hökmranlığını qoruyub saxlayan dünya nizamı sistemi qurmuşdur.

Bu güclərin eqoist maraqlarına, qəddar gücə və ikili standartlar siyasətinə əsaslanan beynəlxalq hüquq, əslində, müstəmləkə və yeni müstəmləkə hökmranlığı altında olan insanlara təsir göstərən struktur bərabərsizlikləri və ağlasığmaz ədalətsizliklər nümunələrindən biridir.

I. Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə 2023-cü il dekabrın 14-də Cenevrədə təşkil olunmuş və Fransanın son müstəmləkələri olan Fransız Qvianası, Martinik, Qvadelupa, Polineziya, Yeni Kaledoniya, Korsika, eləcə də Seneqal, Əlcəzair kimi keçmiş koloniyaların nümayəndələri və təxminən on beş başqa ölkədən olan iştirakçılar dənizaşırı departamentlər, regionlar və kollektivlərin süni hüquqi pərdə arxasında real hökmranlığı davam etdirən fransız müstəmləkə sisteminin ziyanlı əməllərini pisləyirlər və bu dominasiyanın davam etməsini aşağıdakı formada xarakterizə edirlər:

- Fransa inhisarlarının xeyrinə əhalinin həddindən artıq ərzaq asılılığını (ərzaq məhsullarının 80%-dən çoxu Fransadan gəlir), həyatın yüksək qiymətini təşkil edən düşünülmüş zəif iqtisadi inkişaf strategiyasının aidiyyəti ölkələrdə həyata keçirilməsi; yoxsulluq (Fransız Qvianası əhalisinin 50%-i yoxsulluq həddində yaşayır) və kütləvi işsizlik, beləliklə, bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə altına alan hər cür sui-istifadələrin (zorakılıq, silah və narkotik ticarəti) həyata keçirilməsi;

- Fransız Qvianası yerli xalqlarının əsas hüquqlarının pozulması;

- Fransız mədəniyyəti hegemonluğu institutları və getdikcə yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri arxa plana keçirən və xalqlarımızın tarixinə, coğrafiyalarımıza uyğun gəlməyən fransız məktəb proqramlarını uşaqlarımıza tətbiq edən assimilyasiya siyasəti nə xalqlarımızın tarixinə, nə coğrafiyamıza, nə mədəniyyətlərimizə, nə də gələcəyimiz üçün ambisiyalarımıza uyğun gəlmir;

Xəbər lenti

Çox oxunanlar