Azərbaycan postmünaqişə dövründə hər zaman münasibətlərin normallaşması üçün mövqeyini açıq formada ortaya qoyub.
Xezerxeber.az-ın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, Azərbaycan ikitərəfli əsasda danışıqların aparılmasını, o cümlədən üçüncü qərəzsiz tərəfin iştirakı ilə danışıqların aparılmasını dəstəkləyib: “Türkiyə Ermənistanın da qonşusudur. Bilavasitə region ölkəsi olaraq Türkiyə regionda sülh, sabitlik və inkişafın bərqərar olmasına tərəfdardır. Ermənistan da bu məntiqlə çıxış etsə, Türkiyənin danışıqlar masasında olması Ermənistan üçün faydalı olardı. İndi qərar Ermənistanın masasının üzərindədir. Son zamanlar Azərbaycan Türkiyə və Ermənistana arasında normallaşmanı dəstəkləyir ”.