Xəzər Xəbər

Bakıda yol təmirinə 500 min manat ayrıldı

Gündəm | 14:02 • 14 Dekabr 2023
Bakıda yol təmirinə 500 min manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhəri Xəzər rayonunun Qala və Buzovna qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 500 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti

Çox oxunanlar