Xəzər Xəbər

Paşinyan: Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox realdır

Gündəm | 10:52 • 14 Dekabr 2023
Paşinyan: Yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox realdır

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, əgər artıq Bakı iki ölkə liderləri arasında razılaşdırılmış prinsipləri təsdiq etsə, sülh sazişinin imzalanması realdır. 

“Azərbaycan bu prinsipləri təsdiq edərsə, yaxın vaxtlarda sülh sazişinin imzalanması çox realdır”, - Paşinyan dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində vurğulayıb.

Paşinyan onu da qeyd edib ki, Ermənistan regionda kommunikasiyaların açılması üçün əməli və konkret addımlar atmağa hazırdır: “Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri 30 ildən artıqdır ki, bağlıdır. Bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”.

Xəbər lenti

Çox oxunanlar