COP-28-in gündəliyinə böyük maraq var idi. Buna görə də ölkəmizin üzərinə çox böyük məsuliyyət düşür. Belə böyük tədbirin keçirilməsi çox məsuliyyətli və çox maraqlı bir proses olacaq.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Dubayda keçirilən COP28 çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
COP29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacağını qeyd edən nazir COP29-a hazırlıq işlərinin artıq başladığını vurğulayaraq deyib: “Prezidentin tapşırığı ilə biz ilin əvvəlində komandanı yaratdıq. Burada müxtəlif təşkilatların üzvləri işləyir. O komanda ciddi bir proqram hazırlayıb”. O qeyd edib ki, Azərbaycan çox mürəkkəb və rəqabətli bir prosesdə uğur qazana bilib.
M.Babayev əlavə edib ki, COP29 gələn ilin noyabr ayında keçiriləcək.