Xəzər Xəbər

Azərbaycana idxal edilən körpə uşaq qidalarına dair yeni tələb müəyyənləşib

Gündəm | 11:28 • 11 Dekabr 2023
Azərbaycana idxal edilən körpə uşaq qidalarına dair yeni tələb müəyyənləşib

Azərbaycana idxal edilən körpə uşaq qidalarına dair yeni tələb müəyyənləşib.

Xezerxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısı”nda əksini tapıb.

 

Körpə uşaqlar üçün isti emala məruz qalmış (o cümlədən, şəkər və ya digər şirinləşdirici maddələr əlavə edilməklə) homogenləşdirilmiş cem, meyvə jelesi, marmelad, meyvə və ya qoz püresi, meyvə və ya qoz pastasının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənəd tələb olunacaq.

Qərara əsasən, körpə uşaqlar üçün sirkə və ya sirkə turşusu əlavə edilmədən hazırlanmış və ya konservləşdirilmiş, dondurulmamış homogenləşdirilmiş tərəvəz və körpə uşaqlar üçün homogenləşdirilmiş hazır mürəkkəb (qarışıq) qida məhsulları da Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün təhlükəsizliyini təsdiq edən müvafiq sənədlə müşayiət edilməli olan qida və yem məhsullarının Siyahısına daxil edilib.

 

Xəbər lenti