Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru bizim üçün çox vacibdir. Prezident Radevin də qeyd etdiyi kimi, təchizatın şaxələndirilməsi Serbiya və Bolqarıstana daha çox alternativ imkanı verir.
Xezerxeber.az xəbər verir ki, bu sözləri Serbiyanın Niş şəhərində Azərbaycanın media nümayəndələrinə müsahibəsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç söyləyib.
O, həmçinin qeyd edib: “Bu, həm də Serbiyanın Niş, Dimitrovqrad, Bela Palanka və Pirot kimi mühüm şəhərlərinin enerji təhlükəsizliyini möhkəmləndirəcək. Bizim gələcəkdə 6 və ya 7 LNG terminalından qaz almaq imkanımız da olacaq ki, bu da Serbiyanın ümumi enerji təhlükəsizliyində mühüm rol oynayır”.