Xəzər Xəbər

Prezident İlham Əliyev: Bizim iqtisadi inkişafımız hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə müsbət olub

Gündəm | 10:24 • 9 Dekabr 2023
Prezident İlham Əliyev: Bizim iqtisadi inkişafımız hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə müsbət olub

Bu günədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz genişmiqyaslı iqtisadi islahatlar aparırıq ki, büdcədə daha çox vəsait toplansın. Biz gömrük və vergi inzibatçılığı sahəsində olduqca uğurlu islahatlar həyata keçirmişik. Biz bütün dövlət şirkətlərimizdə korporativ idarəçilik sistemi yaratmışıq və bunun bəhrəsini görürük.

Xezerxeber.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.

Bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacağını qeyd edən dövlətimizin başçısı bildirib: “Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq. Üstəgəl yüz minlərlə keçmiş məcburi köçkünü məskunlaşdırmağı planlaşdırdığımız Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş əraziləri - bu da əlavə aparıcı qüvvə olacaqdır. Beləliklə, səmimi desəm nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial riskləri görmürəm”.

Xəbər lenti

Çox oxunanlar